Azərbaycanda Koreya filmlərinin festivalı açılır

Azərbaycanda Koreya filmlərinin festivalı açılır

Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq

İyulun 6–dan avqustun 15-dək ölkənin 5 regionunda Azərbaycanda Koreya kinosu festivalının keçirilməsi planlaşdırılır.
Festival Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə keçiriləcək.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin SEBA Assosiasiyasına istinadla yaydığı xəbərə görə, festivalda 2008-2013-cü illərdə istehsalolunmuş 10 Koreya filmi nümayiş olunacaq.
Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq.
İyulun 6-da Gəncə şəhərində reallaşacaq festivalının rəsmi açılış mərasimində rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış “Əbədi olan an” (“Forever The Moment”) filmi göstəriləcək.
Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hwan tərəfindən 2011-ci ildə lentə alınmış “Ana” filminin nümayişi ilə yekun vurulacaq.
Azadlıq Radiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button