Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunacaq.

Bayramı namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Fətvada deyilir ki, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir.

“Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar”, – deyə fətvada qeyd olunur.

Əlaqəli məqalələr

1 şərh

  1. “Qurban bayramı” – “Qurbanlığın ləğvi bayramı” kimi təsdiq olsa o olar əla!…

    Çünki vaxtilə insanlar müəyyən səbəbə görə insan qurbanlığını heyvan qurbanlığı ilə əvəzlədilər və ola bilsin bunu bayram kimi qeyd etməyə haqlı idilər, lakin o vaxtdan min illər keçib və bəşəriyyət bu zaman ərzində böyük bir mədəniyyət və inkişaf yolu keçib…

    Yəhudilərin Əhti Ətiq rəvayətini rəhbər tutaraq bu vaxtacan həmin o qurbanlığın insandan heyvana dəyişdiriilməsini bayram etmək və hər il milyonlarla heyvanları bu “bayram” günündə əsl mənada qırğına vermək və bunu bayramın səbəbi və məqsədi kimi qəbul və qeyd etmək – bu sadəcə mədəni desək səviyyəsizlikdir!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button