Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinq başlayır

 FILE - In this Thursday, April 26, 2012 file photo, Balinese government officials prepare to cull chickens as a precautionary measure to prevent the spread of bird flu, at a market in Denpasar, Bali, Indonesia after an 8-year-old boy died from bird flu. The virus rarely infects people, but scientists are worried it could mutate and spread more easily. On Wednesday, May 2, 2012, a scientific journal published a study showing how scientists created their own lab-made bird flu virus. The experiment was an effort to figure out how to thwart a global epidemic. (AP Photo/Firdia Lisnawati)

 “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Aprelin 4-də köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək.

DBNX-nin mətbuat xidmətindən report.az-a daxil olan məlumata görə, monitorinq Baytarlıq Xidməti, habelə Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarət tədbiri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 15-də ictimaiyyət üçün açıqlanacaq.

DBNX bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button