“Azərbaycanda siyasi məhbus var…”
Belçikanın paytaxtı Brüssel şəhərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycanda siyasi məhbus olmadığını bəyan edib.
Moderator.az-ın sualını cavablandıran hüquq müdafiəçisi Novella Cəfəroğlu prezidentin bu mövqeyi ilə razı deyil: “Mən hal-hazırda Strasburqdayam və biz burda Azərbaycandakı siyasi məhbuslar problemini müzakirə edirik. Azərbaycanda siyasi məhbus da var, söz azadlığı da boğulur, vətəndaşların sərbəst toplanmaq hüququ təmin olunmur”.