Azərbaycanın bölgələrinə yağış yağacaq

İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti olacaq.

Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button