Azərbaycanın daha bir beynəlxalq təşkilatda statusu aşağı salına bilər

Gubad Ibadoglu'nun fotoğrafı.

Azərbaycan Respublikasının Açıq Hökümət Tərəfdaşlığı beynəlxalq təşəbbüsündə iştirakında problem yarana bilər. Belə ki, Açıq Hökümət Tərəfdaşlığı beynəlxalq idarə heyətinin Meyarlar və Standartlar Altkomitəsi 23-24 fevral 2016-cı ildə Vaşinqtonda keçirdiyi toplantısında Azərbaycanda və digər üzv ölkələrdə mövcud durumu müzakirə edərək həmin ölkələrin Açıq Hökümət Tərəfdaşlığında tam hüquqlu statusunun fəaliyyətsiz ölkə statusuna salınmasına dair tövsiyə ilə qurumun İdarə Heyətinə müraciət edib. Tövsiyəyə həmçinin Azərbaycan hökümətinin nümayəndəsinin növbəti İdarə Heyətinin toplantısına dəvəti də daxildir. Alt Komitənin bu qənaətə gəlməsinin səbəbi Azərbaycanın götürdüyü öhdəliklərə vaxtında əməl etməməsi və eyni zamanda vətəndaş cəmiyyətinin son durumu olub. Açıq Hökümət Tərəfdaşlığı beynəlxalq idarə heyətinin toplantısı mayın 3-4-də Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçiriləcək. İdarə Heyətinin bu toplantısında Azərbaycanla bağlı son qərar veriləcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button