Azərbaycanın daha bir marka kolleksiyası “eBay”da satışa çıxarılıb

az marka

Azərbaycanın daha bir poçt markası kolleksiyası “eBay” onlayn mağazasında satışa çıxarılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən azertag.aza bildirilib ki, dünyanın ən nəhəng və milyonlarla istifadəçi auditoriyası olan “eBay”da satışa çıxarılan Azərbaycanın poçt markalarının sayı artır.

Müşahidələr göstərir ki, müxtəlif marka kolleksiyalarına maraq çoxdur. Bunun nəticəsidir ki, Azərbaycanın poçt markaları kolleksiyası “eBay” beynəlxalq internet hərracında daha baha qiymətə satışa çıxarılıb. Kolleksiyaya 1992-2009-cu illərdə buraxılan poçt markaları daxildir.

Kolleksiyanın satış dəyəri 578.23 Böyük Britaniya funt sterlinqi təşkil edir. Bu, təqribən 1264 Azərbaycan manatına bərabərdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button