Azərbaycanlı İŞİD-çi Türkiyədə partlayışa hazırlaşırmış – VİDEO

isid-abdulla-1

“İstanbul əmiri” Türkiyəni şoka saldı

İstanbulda həbs olunan azərbaycanlı İŞİD rəhbərinin istintaqı davam edir. 

xural.com-un “A24.az” -a  istinadən yaydığı məlumata görə, Abdulla Abdullayev “İslam xilafəti”nin bu ölkədə əsas fiqurudur. O özü isə özünü İŞİD-in “İstanbul əmiri” kimi təqdim edib.

İstintaq isə onun terrorçuları Suriya və İraqa keçirməkdə xüsusi rol oynadığını müəyyənləşdirib. Polisin araşdırmalarına görə, Abdullayev onları Avropa və Orta Asiya ölkələrindən cəlb edib, kirayə evlərdə saxlayarmış. Hazırda Abdullayev də daxil olmaqla 36 nəfər saxlanıb. Onların arasında özbək, çeçen, fransız və azərbaycanlı var.

Türkiyənin Qaziantep, Malatya, Elazığ və Mersin bölgələrində də bir neçə nəfər İŞİD-lə bağlı olduqları iddiası ilə saxlanılıb.

isid-abdulla-2

A.Abdullayevin Adanada partlayış törətməyə hazırlaşdığı da üzə çıxıb.

Mövzu ilə bağlı videosüjeti təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button