Azərbaycanlı oliqarx təkzib etdi – “Otel satın almamışıq”

vahid-elekberov-2.jpg

“Biz Vahid Ələkbərovun İstanbuldakı “Edition Hotel”i alması ilə bağlı yayılan məlumatları təkzib edirik”.

Strateq.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə açıqlamanı “Lukoil”in mətbuat xidmətinin rəhbəri Vitali Matuşkin deyib.

O deyib ki, şirkətin prezidenti V.Ələkbərov şəxsən Türkiyədə heç bir özəl səhmə sahib deyil.

“”Lukoil”ə gəldikdə isə şirkət öz fəaliyyətini Rusiya qanunverinciliyinə, beynəlxalq hüquqa və iki tərəfli dövlətlərarası razılaşmaya tam uyğun həyata keçirir”.

Xatırladaq ki, azərbaycanlı milyarderin İstanbulda otel satın alması ilə bağlı məlumatı Türkiyə mətbuatı yaymışdı.

Məlumatda qeyd edilirdi ki, V.Ələkbərov azərbaycanlı iş adamı mübariz Mənsimova aid “Edition” otelini satın alıb. Otel İstanbulun Levent səmtində yerləşir.

M.Mənsimov isə binanı 2003-cü ildə satın alıb. 2010-cu ildən bura otel kimi fəaliyyət göstərir.

Mətbuatda həmçinin “Lukoil” prezidentinin Mənsimova aid digər bir oteli də – Bodrumdakı “Palmarina Hotel”i satıl alması barədə xəbərlər yayılmışdı.

anspress

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button