Azərbaycan əhalisi azala bilər

Çünki əhalinin təkrar istehsalı aşağı düşür…

2013-14-cü illərlə müqayisədə nigahların orta aylıq sayı 43,1 faiz azalıb, boşanmalar isə 4,6 faiz artıb

xural.com Qubad İbadoğlunun facebook statusunu təqdim edir:

“Bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb. Deməli, bu il orta hesabla ayda 5000 nigah və 1040 boşanma müqaviləsi qeydə alınıb. Ramazan və Məhərrəmlik ayı may ayından sonrakı dövrə təsadüf etdiyini nəzərə alanda il ərzində nikahların orta aylıq sayında daha çox azalma ehtimal oluna bilər. Müqayisə üçün qeyd edək ki, 2013-2014-cü illərdə nikahların orta aylıq sayı 7156, yaxud da bu ilin son 5 ayın göstəricisindən ayda 2156 nikah və ya 43,1 faiz çox, müvafiq dövrdə boşanmaları sayı 992, yaxud ayda 48 boşanma və 4,6 faiz az olub. Nikahların sayında kəskin azalmanı xüsusilə də gənclərin mənzil və iş problemlərinin atması ilə əlaqələndirmək olar. Ölkədə xüsusilə də gənclərin sosial-iqtisadi çətinliklərinin çoxalması onların nikah yaşına da artırıcı təsir göstərəcək. Bununla yanaşı, çox güman ki, boşanmaların sayındakı artım ailənin xərclərinin çoxalması, gəlirlərinin azalması və dəyərsizləşməsi səbəbindən dolanışığın pisləşməsi ilə əlaqədardır.
Düşünürəm ki, bu faktlar ölkə üzrə əhalinin təkrar istehsalının aşağı düşməsinə gətirib çıxaracaq, bir sözlə, əhalinin sayının artım tempinə mənfi təsir göstərərək. Bu tendensiya uzun müddətli dövrdə belə davam edərsə, Azərbaycan əhalisinin sayı növbəti onilliklərdə azala da bilər.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button