Azərbaycan 1 milyard dollarlıq silah alır ?!

herbi-texnika18.06.2013

Rusiya Azərbaycana yeni partiya hərbi texnika – tank, piyadaların döyüş maşını və artilleriya sistemləri göndərməyə başlayıb. 

Belə bir iddiayla Rusiyanın “Vedomosti” qəzeti çıxış edib. Adıçəkilən qəzet ölkənin müdafiə sənayesindəki mənbəyə istinadla belə məlumat yayıb. 



İddiaya görə, hərbi texnika Azərbaycana bu ilin yazından göndərilir. Rusiya Müdafiə Nazirliyindəki mənbə iki ölkə arasında bağlanmış müqavilənin 700 milyon-1 milyard ABŞ dolları həcmində olduğunu bildirir.

“Vedomosti” yazır ki, müqaviləyə əsasən, Azərbaycana 94 ədəd Т-90С tankı, təqribən 100 ədəd piyadaların döyüş maşını (BMP-3), 18 ədəd “Msta-C” özüyeriyən artilleriya qurğusu, 18 ədəd “Smerç” reaktiv atəş sistemi, 18 ədəd “Vena” özüyeriyən artilleriya topu və 6 ədəd TOC-1A “Solntsepek” ağır odsaçan silah satılacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button