Azərbaycan 20 ildə xaricdən 10 milyard dollar kredit alıb

dollar manat 1

Nazirlər Kabinetinin hesabatına əsasən, ötən il hökumət dövlət zəmanəti ilə beynəlxalq və kommersiya təşkilatlarından $741,1 mln ekvivalenti kredit alıb. Xural.com bu haqda məlumatı turan.az-a istinadən yayır.

O cümlədən Çexiyanın Societe Generale qrupundan 458,86 mln avro, Yaponiyanın  Sumitomo Mitsui Banking Corporation korporasiyasından 132 mln avro və SocieteGenerale ofisindən 85,37 mln avro alınıb.

Bu, 2014-cü illə müqayisədə $237,2 (bir il öncə 12 sazişlə $978,3 mln alınıb) azdır.

1994-2015-ci illərdə hökumət $10 mlrd 327,5 mln ekvivalenti kredit alıb. Bunun üçdə ikisindən ($7 mlrd 285,8 mln) istifadə edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button