Azərbaycan Avropa Hərəkatının rəhbərliyi Haaqaya səfər edib

xural.com-a Azərbaycan Avropa Hərəkatından verilən məlumata görə, Beynəlxalq Avropa Hərəkatının Federal Assambleyasında iştirak etmək üçün Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, vitse prezidenti Şəmşir Tərlanov və Layihələrin İdarə Olunması üzrə katib Kənan Rəfiyev Niderlandın paytaxtı Haaqa şəhərində səfər edib. Avropanın 43 ölkəsindən 82 nümayəndənin iştrakı ilə baş tutan toplantıda Beynəlxalq Avropa Hərəkatının baş mühasibinin maliyyə hesabatı dinlənilib, Avropanın miqrant problemi, İngiltərənin Avropa Birliyi ilə bağlı mövqeyi, Avropa vətəndaşlığı, Türkiyə-AB münasibətləri gündəliyə uyğun olaraq müzakirə olunub. Bununla yanaşı, Beynəlxalq Avropa Hərəkatının (BAH) prezidenti, Avropa Parlamentinin deputatı cənab Co Laynen Ermənistan-Azərbaycan; Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bununla bağlı Azərbaycan Avropa Hərəkatının (AAH) nümayəndə heyətinin mövqeyini öyrənib. Son vaxtlar Qafqazda cərəyan edən proseslərdən danışan Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində Ermənistanın provokasiyaya yol verdiyinə diqqət çəkdi. Bildirildi ki, bu gərginləşmə Azərbaycanın Qərblə münasibətlərində, xüsusilə enerji ilə bağlı müsbət addımların atıldığı dönəmdə baş verdi. Bundan başqa, konqresdə Azərbaycan nümayəndə heyəti bu günə qədərki fəaliyyətləri və gələcək planları barədə iştirakçılara məlumat verdi. Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı Qərbin daha əmin addımlar atmalı olduğunu bildirdi: “Əgər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün iradə göstərilməsə, münaqişə hər an alovlanacaq və açıq qalan ciddi bir probem olaraq daim ölkə vətəndaşlarını gərginlikdə saxlayaraq davamlı insan itkisinə səbəb olacaq.” Qeyd edək ki, AAH BAH-ın hər il keçirilən Federal Assambleyasına Azərbaycan Respublikası Prezidenti yanında Qeyri–Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə qatılıb. Azərbaycan Avropa Hərəkatı 2012-ci ilin sentyabr ayından Beynəlxalq Avropa Hərəkatının tam hüquqlu üzvüdür və 3 səs hüququna malikdir.
ramin ramin1  ramin3 ramin4
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button