Azərbaycan çempionu öldürüldü – Gəncədə atışma (FOTO)

Azərbaycan çempionu öldürüldü -

Fevralın 20-də axşam saatlarında Gəncənin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında odlu silahdan qətl törədilib.

Xural.com apa.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Elmir Cəlilov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Artıq ölən şəxsin kimliyi müəyyənləşib.

Bu, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovdur. Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev “Facebook”da yazıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button