Azərbaycan F-16 və “Saab” qırıcıları ilə maraqlanır

Azərbaycan özünün Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan sovet istehsalı MiQ-29 qırıcılarını gələcəkdə yeniləmək üçün bir neçə variantı nəzərdən keçirir. Ən çox ehtimal olunan variant Türkiyə yığımı olan və ya ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində olub istismardan çıxarılan F-16 “Fighting Falcon”, habelə Pakistan-Çin istehsalı olan yüngül JF-17 Thunder qırıcılarıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə “Voennoe obozrenie” (“Hərbi icmal”) nəşrində dərc olunan və Azərbaycanın hava, havadan və raketdən müdafiə qüvvələrinin imkanlarının təhlil olunduğu, “açıq mənbələrdən toplanmış informasiyalar” əsasında hazırlanmış geniş təhlildə bildirilir.

Nəşr bildirir ki, Azərbaycan nümayəndələri bunlardan əlavə İsveç istehsalı olan yüngül Saab JAS 39 Gripen və Rusiya istehsalı olan çoxfunksiyalı Su-30MK qırıcılarını da əldə etmək üçün zəmin yoxlayıblar. Lakin Saab Jas 39 Gripen qırıcılarının Azərbaycana mümkün təchizatını İsveç qanunvericiliyi əngəlləyir. Bu qanunvericiliyə görə qonşuları ilə ərazi mübahisələri olan ölkələrə silahların satılması qadağandır. Bundan əlavə İsveç qırıcıları Amerika istehsalı olan mühərriklərlə, silahlarla və cihazlarla təchiz edilir ki, deməli bu təyyarələri əldə etmək üçün ABŞ-ın da icazəsi lazımdır.

Məqalədə deyilir ki, Rusiyanın Su-30MK qırıcıları Saab JAS 39 Gripen və JF-17 Thunder qırıcılarına nisbətən daha böyük imkanlara malikdir. Lakin Rusiya bu qırıcıları satsa Azərbaycan Ermənistan üzərində ciddi üstünlük əldə edəcək. Bu da persektivdə regionda situasiyanı gərginləşdirə bilər.

Rusiya nəşri Azərbaycanın son illər Hava Hücumundan Müdafiə qüvvələrini də təkmilləşdirdiyini, müxtəlif tipli çoxsaylı hava hücumundan müdafiə vasitələri əldə etdiyini və ya sovet ordusundan miras qalan texnikanı moderləşdirdiyini yazır. Bildirilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələri nəinki ölkə ərzisində, eləcə də qonşu ölkələrin üzərində uçan hava hədəflərini vurmaq imkanındadır.

Sayt yazır ki, Azərbaycan regionda ən güclü radar sistemlərinə malik ölkələrdən biridir. Son illər Azərbaycan Ukrayna və Belarusla yanaşı İsraildən üçkoordinatlı ELM-2288 AD-STAR və ELM-2106NG radilokatorlarını əldə edib. Bu radiolokatorlar zenit-raket komplekslərinin hərəkətini idarə etməklə yanaşı qırıcıları da yönləndirir, habelə hava trafikini nizamlaya bilir. ELM-2288 AD-STAR kompleksi 480 kilometr məsafədən hədəfləri qeydə alıb izləyir.

ELM-2106NG isə aşağıdan uçan təyyarələri, vertolyotları və pilotsuz aparatları 90 kilometr məsafədən izləmək imkanındadır. Bildirilir ki, böyük ehtimalla həmin radarlar İsraildən “Barak-8” zenit-raket kompleksinin alınmasına dair müqavilə çərçivəsində əldə edilib. Hansı ki, Azərbaycan İsraildən “Barak-8” komplekslərinin yerüstü variantını alan ilk ölkədir. Bu komplekslər ballistik və operativ-taktiki raketləri, o cümlədən yüksək manevrli raketləri izləyib vurmaq imkanındadır.

Habelə məlumat var ki, Azərbaycan ərazisində İsrail istehsalı olan erkən raket xəbərdarlığı sistemi “Green Pine” fəaliyyət göstərir. Stokolmdakı sülh problemləri institutu SIRRI öz hesabatında bildirir ki, bu raket əleyhinə radarlın alınmasına dair müqavilə 2011-ci ildə bağlanıb. “Green Pine” radarının əsas təyinatı hücum edən operativ-taktiki raketləri aşkar edib hədəf barədə məlumatları “Barak-8” və S-300 PMU “Favorit” komplekslərinə ötürməkdir.

“İranın hava məkanından Suriyaya tranzit uçan Rusiya təyyarələrinin radiotexnik kəşfiyyat vasitələri əvvəllər müntəzəm olaraq Rusiya-Azərbaycan sərhədində və Xəzər dənizi üzərində güclü radiolokatorların işlədiyini qeydə alıblar. Hazırda Azərbaycanın bütün ərazisi büsbütün radiolokasiya sahəsidir və müxtəlif tipli radiolokatorlar tərəfindən çoxqatlı şəkildə örtülüb. Bundan əlavə Azərbaycan radiolokatorları hətta respublikanın hüdudlarından xarici də izləyə bilir. Ümumiyyətlə, Azərbaycan kifayət qədər balanslaşdırılmış və mükəmməl havadan müdafiə sisteminə malikdir, bu sistem potensiaı təcavüzkarı ciddi itkilərə məruz qoya, mühüm hərbi və inzibati-siyasi obyektləri, hərbi bölmələri havadan zərbələrdən qoruya bilər”-sayt yazır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button