Azərbaycan günün ilk medalını qazandı

39846Bu gün Bilgəh çimərliyində Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında triatlon yarışı başlayıb.

Bu yarışda 58 idmançı mübarizə aparır. Azərbaycanı yarışda Rostislav Pevtsov və Aleksandr Yatçenko təmsil edirlər. İdmançılar hər birinin uzunluğu 750 metr olmaqla iki dövrə vuracaqlar. Triatlon yarışının qaydalarına görə, atletlər əvvəlcə 1500 metr məsafəyə üzməli, sonra 40 kilometr velosiped sürməli və daha sonra 10 kilometr qaçaraq yarışı başa vurmalıdırlar.
Kişilər arasında qalib idmançı Rio-2016 Yay Olimpiya Oyunlarında birbaşa iştirak hüququ qazanacaq.
***
Yarışların yekunu üzrə təmsilçimiz Aleksandr Yatçenko üçüncü yeri tutub. Yunanıstanlı James Xronis 1-ci, norveçli İden Qustav isə 2-ci olub.
Beləliklə, Azərbaycan Avropa Oyunlarında daha bir medal qazanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button