Azərbaycan İsraillə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır

sahin israil

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavıni qəbul edərkən bildirib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdiyini vurğulayıb, yaradılmış müqavilə-hüquqi bazanın və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib. Hazırda Azərbaycanda 37 İsrail şirkəti fəaliyyət göstərir, bu şirkətlər tenderlərdə də iştirak edirlər.

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran Ş. Mustafayev səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu, qeyri-neft sektorunda birgə müəssisələrin yaradılmasının mümkünlüyünü qeyd edib. Bildirilib ki, Azərbaycan əczaçılıq məhsullarının istehsalında maraqlıdır və bu sahədə İsrail ilə birgə istehsal müəssisəsinin yaradılması mümkündür. Bundan başqa, kənd təsərrüfatında intensiv metodların tətbiqi sahəsində təcrübənin öyrənilməsi, müasir texnologiya və avadanlıqların gətirilməsi və Azərbaycanda birgə istehsalının təşkili sahəsində əməkdaşlıq imkanları genişdir. Xarici şirkətlərin, o cümlədən İsrail iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında da əlverişli şərait yaradılıb. Qeyri-neft sektorunda ölkəmizin potensialı ilə yaxından tanış olmaq və əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə Ş.Mustafayev İsrail şirkətlərini Azərbaycana səfərə dəvət edib.

D.Stav ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini vurğulayıb. Səfir İsrail şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərdiyini diqqətə çatdırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button