Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə şəhid olan əsgəri dəfn edilib.

Mənəfov İbrahim Möhsüm oğlu bu gün Neftçalanın Bankə qəsəbəsində dəfn olunub.

 

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və İ. Mənəfovun xidmət keçdiyi hərbi hissənin zabit və əsgər heyəti iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.

 

Qeyd edək ki, İ. Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. (apa.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button