Azərbaycan Premyer-liqası: “Qəbələ” səfərdən qalib qayıtdı

14602031693309647157_1000x669

Futbol üzrə Azərbaycan Premyer-liqasında XXIX turun daha bir matç oynanılıb.

Azərtac xəbər verir ki, “Sumqayıt”ın eyniadlı komandası “Qəbələ” klubunu qəbul edib. Görüş heç-heçə başa çatıb-1:1. Ardıcıl beş oyundur qalibiyyət üzü görməyən Roman Qriqorçukun yetirmələri bu dəfə də səfərdə yalnız bir xalla kifayətlənməli olub.

Belə ki, qarşılaşmada qollar ikinci hissəyə təsadüf edib. Əvvəlcə, matçın 66-cı dəqiqəsində Aleksey Qay qonaqları hesabda önə çıxarıb. Bu üstünlüyü qoruya bilməyən “Qəbələ” penaltı cəriməsi ilə cəzalanıb. Final fitinə beş dəqiqə qalmış “Sumqayıt” Pərdis Fərcad-Azadın qolu ilə oyuna bərabərlik gətirib.

Beləliklə, XXIX turdan sonra səkkizinci pillədə mövqeyini dəyişməz saxlayan “Sumqayıt” xallarını 29-a çatdırıb. Bərabərlik sayəsində xalını 43-ə yüksəldən “Qəbələ” isə beşinci pillədə qalıb. Turun bugünkü təqvimi “İnter”–AZAL qarşılaşması ilə davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button