Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

prezident-qabul-kolumbiya-xin08.07.2013

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Kolumbiya Respublikasının Xarici İşlər naziri xanım Maria Anxela Olqin Kueyarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azertag-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, bu münasibətlərin siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı əlaqələrimizin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu qeyd edildi, əməkdaşlığımızın möhkəmləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmi vurğulanaraq Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olqin Kueyarın Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button