Azərbaycan səfiri Gürcüstan hökumətinə başsağlığı verib

gurcustan-bayraqMayın 9-dan 10-na keçən gecə səhərə yaxın Gürcüstanın Kobuleti şəhərindəki “Armazi” otelində yanğın baş verib. Oteldə olan 45 nəfərdən 31-i uşaq olub. Onlardan üçü faciəli şəkildə həlak olub. İlkin məlumatlara görə yanğın həlak olan uşaqların qaldığı otaqda baş verib.

AzərTAG xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn faciə ilə əlaqədar bu ölkənin hökumətinə başsağlığı verib. Səfir Azərbaycanın faciə qurbanlarının ailələrinə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button