Azərbaycan-Türkiyə birgə təlimləri iyulun 28-dək davam edəcək

712.07.2013

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakı və Naxçıvanda birgə təlimə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytının məlumatına əsasən, hərbi təlimlər bu gündən etibarən iyulun 28-nə qədər davam edəcək.

Təlimlərin keçirilməsində əsas məqsəd iki ölkə arasında bu sahədə qarşılıqlı təcrübə mübadiləsidir.

Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button