Azərbaycan və ATƏT arasında əməkdaşlıq məsələsi müzakirə olunacaq
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycana səfərə gəlir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
L Kojara iyulun 8-də rəsmi görüşlər keçirəcək. E. Abdullayevin sözlərinə görə, səfər zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.