Azərbaycan vətəndaşları neft gəlirlərini haqqında çox az bilirlər

28.03.2012

Azərbaycan kimi ölkələrin vətəndaşları hökumətlərinin nə qədər pulu olduğunu öyrənsə nə olardı? Belə bir sual Kaliforniya Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L.Rossun kitabında qoyulub.

Bu yaxınlarda işıq üzü görmüş “The Oil Curse” kitabı bu gün ABŞ-da ən çox oxunan kitablardan biridir. Bu günlərdə Nyu-Yorkda nüfuzlu neft maqnatları və korrupsiya üzrə ekspertlər qarşısında çıxış edən Ross Azərbaycan, Venesuela və digər ölkələrdə neft gəlirlərinin necə xərclənməsinə toxunub.

“Azərbaycanda hər il ölkənin illik büdcəsi haqqında parlament müzakirələri təşkil edir və bu şəkildə, guya əhaliyə məlumat verir. Əslində isə əhalinin neft gəlirlərinin yarısı haqqında belə təsəvvürü yoxdur. Bu gəlirlər büdcədə əks olunmayıb və ARDNŞ vasitəsilə mənimsənilir. İnsanlar bu barədə heç nə bilmirlər”, deyə Ross bildirib. Turanın müxbiri ilə söhbətində analitik neftlə zəngin postsovet respublikaları və Yaxın Şərq ölkələrinin, bir qayda olaraq, qeyri-demokratik olması, qeyri-sabit iqtisadiyyatı və vətəndaş müharibələri ilə fərqləndiyinə diqqət çəkib. Oradakı hökumətlər şəffaf vergi sistemindən uzaqlaşmağa çalışırlar, belə ki, bu, ictimai nəzarət alətlərindən biridir. “Neftdən zənginləşən diktatorlar üçün yollar tikmək və silah almaq daha uzunmüddətli məqsədləri gerçəkləşdirməkdən daha maraqlıdır”, deyə o qeyd edib.

Məsələ bundadır ki, ABŞ neft məsələsində qeyri-sabit dövlətlərdən asılıdır. “Belə ölkələrdə, o cümlədən Azərbaycanda neft olması onlarda avtoritarizmin səbəblərini açıqlayır”, deyə Ross bildirib.

Bəs nə etmək olar? Vəziyyəti necə dəyişmək olar? Professor hesab edir ki, bu, üç əsas amildən asılıdır:

1) Qərb ölkələri, ABŞ öz neft mənbələrini müxtəlifləşdirməlidir,

2) Azərbaycan kimi ölkələrdə demokratik islahatlara ciddi dəstək göstərilməlidir,

3) BP və Shell kimi iri Qərb şirkətləri investisiyalar, xərclər və gəlirlər haqqında məlumatların açıq olmasını təmin etməlidir.

Rossun fikrincə, Yaxın Şərqdə dəyişikliklərin arxasında nə islam, nə ərəb amilləri durur, belə ki, oradakı rejimlərin xarakteri onlar üçün neft quyularının dindən üstün olduğunu göstərir.

TURAN

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button