Azərbaycanda 331 qida zəhərlənməsi qeydə alınıb

sistem iynexural.com-un Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına əsaslanaraq xəbər verir ki, 2015-ci ilin 6 ayı ərzində Respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınmış və keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azalma müşahidə edilib.

Qida zəhərlənmələri hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərəçəkən qeydə alınmış və 27,7% azalma müşahidə olunub.

2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olub, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanan kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button