Azərbaycanda bankların dollara tələbatı 4 dəfə artıb

dollar

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, fevralın 26-da keçirdiyi valyuta hərracında kommersiya banklarının ABŞ dollarına faktiki tələbatı əvvəlki hərraca nisbətən 3.6 dəfə artaraq, 243 mln. dollara çatıb. 

Xural.com report.az-a istinadən xəbər verir ki, bankların dollara olan tələbatının bu dərəcədə artmasına baxmayaraq, AMB bugünkü hərracda cəmi 50 mln. dollarlıq valyuta kütləsi satıb və faktiki olaraq real tələbatı 20.6% səviyyəsində təmin edib. Bunun nəticəsində AMB dolların fevralın 29-na olan rəsmi məzənnəsini 0,2% artıraraq, 1.5655 AZN/USD-yə yüksəldib.

Qeyd edək ki, bundan öncə, fevralın 24-də keçirilən əvvəlki hərracda kommersiya banklarının valyutaya faktiki tələbatı 66.760 mln. dollar olsa da, AMB-nin bunun yalnız 45%-ni (30 mln. dollar) təmin edib. Bu səbəbdən fevralın 25-nə dolların rəsmi məzənnəsi 1.5624 AZN/USD müəyyən edilib. Bu da gündəlik 0,20% artım deməkdir.

Qeyd edək ki, fevralın 24-də rəsmi məzənnə 1.5593 AZN/USD olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button