Azərbaycanda çevriliş baş tutsaydı…

yahya1

Prof.DR Yəhya Daşdələn

Ankaradan “Xural” üçün

Məni heyrətləndirən odur ki, önümüzdəki günlərdə yeni millət vəkili seçkiləri keçiriləcək. Allahdan diləyim odur ki, qəzasız-bəlasız olar və siyasi təzyiqlər bu dəfə tətbiq olunmaz. Türkiyədəki seçkilərdən olmaz. Prezident şəhər-şəhər gəzib müxalifətin əlieyhinə, öz yandaşlarının və ona yaltaqlananların isə lehinə açıq-aşkar təbliğat aparıb Konstitusiyanı və onun tanıdığı hüquqları ortadan qaldırmaz. Şükür edirəm ki, son günlərdə Prezident cəld hərəkətlər etdi, vaxtında oyandı və illərdir qoynunda bəslədiyi özünün və xalqının düşmənlərini suyun başındaca yaxaladı. İnanıram ki, dövlət çevrilişi uğurlu olsaydı, Azərbaycan qısa zamanda ərəb ölkələrinə çevriləcək və imperializmin cənginə keçəcəkdi…

Əlbəttə ki, siyasi müxalifət özünü beləcə çıtır-çıtır yeyərsə, ölkəsindən və dünyadan xəbərsiz qalarsa, vətənə və xalqa da yazıq olar. Hələ-hələ ölkəmiz Türkiyədəki kimi terror bəlasına mübtəla olarsa, o zaman vay halımıza. Tanrı Prezidentə yox, xalqımıza rəhm etmişdir ki, son anda Prezidentin ağlını ən üst səviyyədə hərəkətə gətirmişdir. Bu YAP-çılar maraqlı hərəkətləri ilə dövləti iflas etdirib bitiriblər. Elə bu cür də davam etməkdədirlər. Prezidentin saflığından və təcrübəsizliyindən istifadə edərək, öz zəhərli oxlarını hədəfə vurmaq üçün əllərindən gələni edirlər.

Prezident sarayının narkoza girməsni və qəflətə düşməsini gözləyirlər. Bu cür qarışıqlıq səbəbi ilə dövlətin daxili təhlükəsizliyindən xarici siyasətinə qədər hər şey bir-birinə qarışıb. Hər halda bu çevrilişi həyata keçirmək istəyənlərin bitib-tükənməyən planları davam edir. Ağılsızlar bilmirlər ki, dövləti və milləti idarə etmək çevrilişlərlə olmur. Mən Türkiyədə 4 çevriliş-üsyan-inqilabın şahidi olmuşam. Heç biri də uğur qazanmadı. Xalqın fəryadı və iztirabı ölkədən kənara daşıb getmişdir – bir tayfun, bir sel daşqını kimi.

Hələ-hələ günahsızların və şər-böhtana məruz qalanların ahı heç yerdə qalmır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button