Azərbaycanda dəhşətli yanğın: 2 azyaşlı qız yanaraq öldü

Bu gün Salyanda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub. Xural.com Lent.az-a istinadən  xəbər verir ki, Şorsulu kəndində Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın başlayarkən ev sahibi işdə olub. Belə ki, Salyandakı mal bazarında alverlə məşğul olan M.Bəhrəmli gedəndən sonra həyat yoldaşı tövlədə heyvanlara baxmağa gedib. Az sonra qadın evin tüstülədiyini görüb və qonşuları köməyə çağırıb. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən ev sürətlə yanıb. Hadisə vaxtı yatmış vəziyyətdə olan 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.
Qeyd edək ki, mənzilin isidilməsində qazdan istifadə edilirmiş. Faktla bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button