Azərbaycanda daha bir tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub

 Azərbaycanda daha bir tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub.
xural.com apa.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi “RUM” Mənzil Tikinti Kooperativinin direktoru, 1952-ci il təvəllüdlü Hüseynov İmran Bünyad oğlu haqda axtarış elan olunduğu haqda məlumat verib. İmran Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.Qeyd edək ki, İ. Hüseynov Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməkdə günahlandırılır.

2015-ci ilin fevralında Baş Prokurorluq İ. Hüseynovun qanunsuz əməlləri və  tutulması barədə məlumat yayıb.

Bakı şəhər Baş Polis İdarəsi isə İ. Hüseynovun yenidən axtarışda olması barədə məlumat yayıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button