Azərbaycanda gözlənilən güclü zəlzələlərin zonaları açıqlanıb

Azərbaycanda güclü zəlzələlərin baş verməsi gözlənilən zonalar açıqlanıb.

apa.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatına əsasən, geomaqnit sahə gərginlikləri variyasiyalarının və qradient artımlarının analizi Şəki-Şamaxı və Kürətrafı-Talış proqnostik poliqonlarındakı gərgin-deformasiya zonalarını əhatəyə almağa imkan verib.

Bunlar İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Zaqatala – Balakən və Talış uzunmüddətli gərginlik-deformasiya zonalarıdır. Bu zonalar güclü zəlzələlərin baş verə biləcəyi zonalar kimi qiymətləndirilir.

zəlzələBalakən, Zaqatala, Şəki, Oğuz seysmogen zonalarında, İsmayıllı – Şamaxı rayonu ərazisində təkrar qravimetrik ölçülərin aparıldığı müşahidə məntəqələri ətrafındakı sahələrdə, yəni Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı – Şamaxı – Cəngi rayonlarında, qismən isə Qəbələ rayonunda mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur.

Hesabatda o da qeyd edilib ki, Azərbaycan ərazisinin Yer qabığının qabarma variyasiyalarının təhlili tədqiqatın məqsədi ilə yüksək dəqiqli 3  ədəd qravimetrik stansiyaları (Scrintex AutoGrav C G – 5) açılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button