Azərbaycanda Gülən tərəfdarlarına qarşı cinayət işi açıldı

Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb.

xural.com xəbər verir ki, bu barədə trend-ə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov qeyd edib ki, Azərbaycanda Gülən tərəfdarlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, hazırda bu cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button