Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölürlər – VİDEO

xəstə qızAzərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yer tutur.

Dövlət Statistika Komitəsindən bildirlib ki, 2014-cü ildə Azərbaycanda dünyasını dəyişən 55 648 nəfərin 33453-ü qan dövranı sistemi xəstəliklərinin qurbanı olub. 7001 nəfəri yenitörəmələrdən, 1990-ı tənəffüs sistemi xəstəliklərindən, 2721- nəfər isə zədələnmə, zəhərlənmə, xarici təsirlər və digər səbəblərdən dünyasını dəyişib.
Həkim Adil Qeybullanın fikrincə bu reallıq dünya ölkələrinin hamısında özünü göstərir. Əsas səbəbi isə qeyri-sağlam həyat tərzidir. Əslində insanın fizioloji ömrü 100 ildən çox hesablanıb. Amma ürək-damar sistemi xəstəlikləri onların əmək qabiliyyətli yaşında həyatdan köçməsinə səbəb olur.
Ürək-damar sistemi xəstəlikərinin əsas səbəblərindən biri köklükdür. Belə ki bədən çəkisinin normadan artıq olması orqanizmin eləcə də ürək əzələsinin yüklənməsinə səbəb olur.
Psixoloq Elmir Əkbərin fikrincə, insan nə hiss keçirirsə, hansı psixoloji durumda olursa sağlamlığı da ona uyğun olur və ya uyğun xəstəliklərlə üz-üzə qalır. Ürək xəstəliklərinə o insanlar tutulur ki, onlar öz hisslərini ifadə edə bilmirlər.
İnkişaf etmiş ölkələrdə problemin həlli istiqmətidə bir sıra işlər görülür. Kütləvi idmana cəlb etmə, düzgün qidalanmanını təbliği bu qəbildəndir. Çünki xəstəliklərdən qurtulmağın əsas çıxış yolu sağlam həyat tərzidir.
Psixoloiji baxımdan bu problemlərdən qaçmaq üçün təbiətlə çox təmasda olmaq məsləhətdir. Özünəməxsus hobbilər də insanı bu xəstəliklərdən qoruya bilər. Ən əsası, yaxınlarınızla, doğmalarınızla, xüsusilə sizə dəyər verən insanlarla çox vaxt keçirin və heç nəyi ürəyinizə salmayın. Çünki həyat çox qısadır, onu da hər hansı bir səbədən daha da qısaltmağa heç dəyməz. (ANS tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button