Azərbaycanda istehlak kreditləşməsi 10 faiz azalıb

Bu ilin aprelin 1-nə qədər Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 7 583,2 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, məlumatı Mərkəzi Bank yayıb.

Xəbərə görə, əvvəlki ayla müqayisədə kreditləşmədə 2,0%, ilin əvvəlindən isə 9,6% azalıb. Hesabata əsasən, illik müqayisədə isə 8,6% azalma qeydə alınıb. Ev təsərrüfatlarına kreditlərin məcmu kredit qoyuluşunda xüsusi çəkisi ilin əvvəlindəki 38,6%-dən cari il aprelin 1-nə qədər 38,5%-ə enib.

Mərkəzi Bankdan bildirilib ki, 2016-cı ilin aprelin 1-nə qədər daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka kreditləri daxil olmaqla) 1 534,1 mln. manat kredit qoyulub. Bu da məcmu kreditlərin 7,8%-ni təşkil edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button