Azərbaycanda qeyri-adi məzar – FOTOLAR

kitab məzar1“Vəsait xərçəng xəstəsi qızların müalicəsinə sərf olunur”.

Azərbaycanda ilk dəfə məzarın yaxınlığında kitab rəfi qurulub. 

xural.com qafqazinfo-ya istinadən xəbər verir ki, kitab rəfi ötən ilin yanvar ayında leykoz xəstəliyindən vəfat edən 22 yaşlı Nərmin Həsənlinin məzarının yanındadır.

Bu barədə məlumat verən mərhumun atası Vüqar Həsənli bildirib ki, qızı BDU-nun Kitabxanaçılıq və informatika fakültəsində təhsil alıb:

“O, leykoz xəstəliyindən əziyyət çəkirdi. 22 yaşında vəfat etdi. Məzarının yanında kitab rəfi qoydurmuşuq. Hər həftə onun Şirvan qəbiristanlığındakı məzarını ziyarət edirik və rəfə kitablar qoyuruq. Kitabların da hər dəfə azaldığının şahidi oluruq”.

V.Həsənli qeyd edib ki, qızı sağlığında 7-8 kitaba redaktorluq edib:

“Onun vaxtsız vəfatından çox kədərləndik və arzularını yerinə yetirmək üçün xatirəsinə “Nərmin yayın evi” ni açdıq. Hazırda tərcümələr edib, nəşr etdiririk. Kitabdan əldə edilən vəsait xərçəng xəstəsi qızların müalicəsinə sərf olunur”.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button