Azərbaycanda yüksək vəzifə tutan atalar və oğullar

Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin olunub. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, yeni energetika nazirinin atası – Oktay Şahbazov hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsinin müdiri vəzifəsində çalışır. “MONİTOR”-un məlumatına görə, yenicə nazir atası olan Oktay Şahbazov 2015-ci ilə qədər dövlət xidmətinin rəis müavininin qardaşı da olub.
Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) keçmiş rəis müavini Emin Şahbazov Oktay Şahbazovun qardaşıdır. Ancaq yüksək və məsul vəzifələr tutan şəxslərin tərcümeyi hallarına nəzər saldığımız zaman belə görünür ki, vəzifəli ata və oğul tandemi yalnız Oktay və Pərviz Şahbazovlardan ibarət deyir. Bəs, görəsən Azərbaycanda yüksək və məsul vəzifə sahibi olan ata-oğul tandeminə daha kimlər daxildir?

Ata – Ramiz Mehdiyev, Prezident Administrasiyasının rəhbəri
Oğul – Teymur Mehdiyev, Fövqəladə hallar nazirinin müavini

***

Ata – Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri

Oğul – Şamxal Həsənov, “Kaspi Global” istehsalçı şirkətinin rəhbəri

***

Ata – Ramil Usubov, Daxili işlər naziri

Oğul – Raul Usubov, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisi

***

Ata – Zakir Həsənov, Müdafiə naziri

Oğul – Nazim Həsənov, Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini

***

 

Ata – Yavər Camalov, Müdafiə sənayesi naziri

Oğul – Elşən Camalov, Nizami rayonunda mühafizə polisinin rəisi

***

 

Ata – Elmar Vəliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı

Oğul – Elmir Vəliyev, “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri, “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri, AR Milli Məclisinin sektor müdiri

***

 

Ata – Tofiq Zeynalov, Tovuz rayonu İcra hakimiyyətinin başçısı

Oğul – Qoşqar Zeynalov, Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri

***

Ata – Səttar Mehbalıyev, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri

Oğul – İsfəndiyar Mehbalıyev, Yasamal rayonu Polis İdarəsinin rəisi (O, həm də Prezidentin köməkçisi Əli Həsənovun kürəkənidir)

***

 

Ata – Mübariz Əhmədzadə, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı

Oğul – Rəşad Əhmədzadə, Sabunçu RPİ-nin 6-cı Polis Bölməsində rəis

***

 

Ata – Yaqub Eyyubov, Baş nazirin birinci müavini

Oğul – Emin Eyyubov, Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasının rəhbəri

***

 

Ata – Taleh Qaraşov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı

Oğul – Vüsal Qaraşov, Səbayel Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant

***

 

Ata – Əli Həsənov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Oğul – Emin Həsənov, polis orqanlarında çalışır

***

 

Ata – Aqil Abbas, Millət vəkili
Oğul – Tuncay Abbasov, Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisi

 

***

 

Ata – Elman Məmmədov, Millət vəkili

Oğul – Elşad Məmmədov, Yasamal Rayon Yol Polisi Şöbəsinin rəisi

***

 

Ata – Bayram Səfərov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri
Oğul – Xəlil Bayramov, Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi

***

Ata – Çingiz Qənizadə, Millət vəkili
Oğul – Elgiz Qənizadə, Binəqədi rayon prokurorunun müavini

***

Ata – Adil Məmmədov, Qobustan rayon İcra Hakimiyyətinin başçısı
Oğul – Fuad Məmmədov, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini

 

***

 

Ata – Kamal Abdullayev, Azərbaycan Dillər Universitetinin rektoru, keçmiş dövlət müşaviri
Oğul – Mehdi Abdullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru

***

 

Ata – Həbib Hüseynov, Dövlət Neft Şirkətinin Təchizat İdarəsinin rəisi
Oğul – Asif Hüseynov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button