Azərbaycandan olan investorun Kislovodskda çoxmərtəbəli binalar tikməsi etiraz doğurur: “Bura Bakı deyil…”

Rusiyanın Krasnodar vilayətinin Kislovodsk kurort şəhərinin sakinləri Azərbaycandan olan investorun şəhərin mərkəzində çoxmərtəbəli yaşayış binaları inşa etmək planlarına qarşı çıxır.

Sakinlər bu məqsədlə sosial şəbəkələrdə “Kislovodsk kurotunu xilas edək” qrupu yaradıblar.

“Bu cür tikintilər, “investisiyalar” kislovodkluların nəyinə lazımdır?! Şəhərin tarixi mərkəzində çoxmərtəbəli binalar tikməklə  müalicəvi kurortun imici yüksələcək?! Kislovodsk Xəzərin sahilində və ya Fars körfəzində yerləşmir! Bura Bakı, Əmirliklər, Əbu-Dabi deyiil! O, dağlarda yerləşir”-istifadəçilər yazırlar.

Sakinlər bildirirlər ki, şəhər rəhbərliyi həmin investorun gözünün odunu almaqdansa ona hər cür şərait yaradıb. “Kislovodskun mərkəzində kiçik süd zavodu var idi, uzun illərdir. Bir-iki mərtəbəli istehsalat binaları şəhərlilərə mane olmurdu, günəşli şəhərə kölgə salmırdı. Ancaq Azərbaycandan olan “investor” bu obyekti alıb öz bildiyi kimi istifadə edir. Yersiz, ağılsız və şəhərlilər üçün zərərli tikinti aparır!”-sosial şəbəkə istifadəçiləri yazırlar.

Həmin investorun kimliyi məlum deyil. Lakin Azərbaycan şirkətləri Kislovodskda uzun illərdir baxımsız qalmış “Akademiçeskaya” sanatoriyasının bərpasını üzərinə götürüb. Bu işlə “Karat Holding” məşğuldur.(virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button