Azərbaycanın İstanbulda turizm nümayəndəliyi açılır

istanbul

Azərbaycanın İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq.

Xural.com apa.az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu məqsədlə nazirliklə İstanbulda fəaliyyət göstərən “Gateway” şirkəti arasında razılıq əldə olunub.

Fevralın 29-da isə İstanbulda turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə  mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Azərbaycan Konqreslər Bürosunun rəhbərləri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının, həmçinin hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və  “Formula-1” yarışmasının Qran-Pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.

Qeyd edək ki, artıq bir neçə ildir Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirliyində və Almaniyada, 24 fevral tarixindən isə Rusiyada fəaliyyət göstərir. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button