Azərbaycanın tanınmış politoloqu, keçmiş dövlət müşaviri Vəfa Quluzadə bu gün dəfn edilib.

vefa quluzade02.05.2015

Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti, Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə ömrünün 75 yaşında  Yasamal qəbiristanlığında torpağa tapşırılıb. 

Vida mərasimində AXCP sədri Əli Kərimli, onun müavini Həsən Kərimov, Milli Şuranın sədri Cəmil Həsənli və digər siyasətçilər, məşhur similar iştirak edib. 

Qeyd edək ki, ötən gecə V. Quluzadənin əməliyyatdan sonra qəflətən səhhəti pisləşib və vəfat edib.

Mərhumun 3 və 7 mərasimləri həftənin birinci günü, Təzə Pir məscidində keçiriləcək. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button