Azərbaycanlı jurnalistdən ORT-nin rəhbərinə açıq məktub

aida

Azərbaycanın tanınmış jurnalisti Aida Eyvazova ORT-nin baş direktoru Konstantin Ernstə açıq məktub yazıb.

Xural.com məktubu oxucularına təqdim edir.

Salam, hörmətli həmkarım Konstantin Ernst!

Sizin teleproqramlar xoşuma gəlir. Mən həmişə bir çoxlarına Rusiya televiziyalarının müxbirlərinin xəbər aparıcılığını və xəbər hazırlamaq peşəkarlığını misal gətirirəm. Mən də jurnalistəm və peşəmə sadiqəm. Axı, jurnalist gərək həqiqəti yazsın. Yalan danışmaq insanı şəxsiyyətsiz edir, və bu yalanı böyük bir komanda danışanda lap pis görünür.

Cənab Konstantin Ernst!

Siz də jurnalistsiniz, böyük bir kollektivin rəhbərisiniz. Və bütün dünyada izləyicilərinizin olması yaxşı haldır. Xəbər buraxılışlarında və tok-şoularda verdiyiniz düzgün xəbərlərə görə yəqin ki, çox zaman minnətdarlıq zəngləri, məktubları aldığınız da olur. Bəzən isə birtərəfli, mövqesiz xəbər paylaşmağınızı mən istəmirəm ki, dünyaya səs salan, həm də sevə-sevə izlədiyim Rusiya kanallarlından eşidim.

3 aprel 2016-cı il. “Воскресное Время” verilişinin aparıcısı İrada Zeynalova tanınmamış Dağlıq Qarabağ bölgəsindən müxbiriniz İvan Prozorovun süjetini təqdim edir. Yəqin, Siz də bilirsiniz ki, indi İvan Prozorovun reportaj verdiyi həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Və bunu elə həmin ərazinin adının toponimi də təsdiq edir.

Sonra Sizin `Stepanakert` dedyiniz, əsl adı isə Xankəndi olan o torpaqlarda vuruşan əsgəri göstərir. Heç fərqinə vardınızmı ki, o əsgərin üz gizgiləri və ləhcəsi qafqazlılara, lap elə ermənilərə mənsub deyildi? O, təmiz rus əsilli əsgər idi. Bəlkə də DNR-dən, LNR-dən cəlb ediblər. Ya da ki, Rusiyanın Gümrüdəki bazasından. Yenə Azərbaycana qarşı vuruşurlar.

Bəs bizim strateji əməkdaşlığımız? Axı Azərbaycanla Rusiya arasında çox mehriban dostluq əlaqələri mövcuddur. Ona görəmi süjetdə əsgərin adını qeyd etmədiniz?

Ancaq günahsız qurbanlar olan cavan erməni gənclərindən müsahibə alarkən adını yazmışdınız. Elə Bakının küçələrində də bir nəfər azərbaycanlı balasını tapıb, fikrini öyrənmişdiniz. Mən bilirəm, Rusiya televiziyalarının müharibə bölgələrindən süjetlər və filmlər hazırlamaq peşəkarlığı yüksəkdir. Ukrayna, Gürcüstan, Siriya kimi qaynar bölgələrdən xəbərlərinizi izləyirəm… Bütün süjetlərdə ancaq Rusiyaya sərf edilən mövqe nümayiş etdirirsiniz. Bəs niyə Bakıda akkreditə olunan xüsusi müxbiriniz Azərbaycanın öz tarixi torpaqlarını qaytarmaq uğrunda apardığı haqq döyüşündən heç nə çəkib göstərmir?!

Nə olar, bir dəfə də Azərbaycan həqiqətlərini göstərin. Bir dəfə də ermənilərin həyasızcasina işğal etdikləri torpaqlarımızdan didərgin düşən qaçqınlarımız haqqında süjet verin. Yəni Sizin Bakıdakı müxbirlərinizi o zonalara buraxmırlar?

Xəbəriniz varmı, Azərbaycan əsgərləri öz torpaqlarını qaytarmaq üçün canlarından keçirlər. Və bu müharibəni 24 ildir ki, ermənilərin havadarları uzadırlar. Yoxsa ki, biz çoxdan o torpaqlarımıza sahib olacaqdıq.

Ümid edirəm, bugünlərdə azərbaycanlıların geri qaytardıqları doğma torpaqlarından da xəbərlər hazırlayacaqsınız.

İrada Zeynalovaya isə bir daha xatırladın ki, Azərbaycan və Türk dünyasından şər-böhtan xəbərlərini belə sevinclə oxuyanda… bir azca nəfəsini dərsin. Yaxşı olardı ki, lap elə “Zeynalova” soyadını dəyişib, ərinin soyadına keçsin. Ona Samolyetova olmaq daha çox yaraşır, nəinki Zeynalova.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button