Azərbaycanlıların Türkiyə məclisində kürd təmsilçisi – VİDEO

Iqdir

Kıznaz Türkeli : “Azərbaycanlıların problemlərinin həlli üçün əlimdən gələni etməyə çalışacam”

Share ButtonHDP-dən (Xalqarın Demakratik Partiyası) İğdır üzrə deputat seçilən Azərbaycan əsilli Kıznaz Türkeli bölgədə yaşayan azərbaycanlılar, kürdlər və axısxalılara yeni vədlər verib.

xural.com  a24.az-a istinadən verdiyi məlumata görə, o qeyd edib ki, daim həmin xalqların yanında olacaq və onların hüquqlarını müdafiə edəcək: “Biz burdakı  bütün azlıqların təmsilçiləriyik və vədimizə sadiq qalcağağımıza söz veririk”.

Kıznaz Türkeli , xüsusilə azərbaycanlıların problemlərinin həlli istiqamətində addımlar atacağını vəd edib: “Mən azərbaycanlıların problemləri ilə yaxından tanışam. Odur ki, onların problemlərinin həlli üçün əlimdən gələni etməyə çalışacam”.

O, bu istiqamətdə layihələr həyata keçirəcəyini söyləyib, amma proyektin nədən ibarət olduğunu açıqlamayıb.

xural.com mövzu ilə bağlı vediomaterialı təqdim edir:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button