Azərbaycanlının Moskvada – “VDNX”-da tikdirdiyi qəsr söküləcək – FOTO

Rusiyalı iş adamı Y.Yaqubov«Forbes» dərgisinin məlumatına əsasən, Y.Yaqubovun tək icarədən əldə etdiyi illik qazanc 500 milyon dollardır. 

Azərbaycan əsilli rusiyalı biznesmen, “Korona” və «Golden Palace» kazinolarının, «Praqa» restoranının, Moskvanın mərkəzində yerləşən «Еliseevskiy» qastronomunun, həmçinin Yeni Arbattakı “Moskviçka”- «Москвичка» Ticarət Mərkəzinin sahibi Y.Yaqubovun VDN-dakı qəsrinin sökülməsinə qərar verildi.

xural.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin sonlarında Moskva Arbitraj Məhkəməsinə qanunsuz tikiliyə və onun sökülməsinə dair iddia ərizəsi daxil olub. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi – ВДНХ-da “Dovşanyetişdirmə” pavilyonunun yaxınlığında 10 ilə yaxındır ki, lövbər salan tikinti sakinlərin yaddaşında səs-küylü, qonaq-qaralı qəsr kimi qalıb. 2012-ci ildə Azərbaycan əsilli Yaqubov  Ümumrusiya Sərgi Mərkəzinin ərazisində olan ərazidə yerləşən qəsrini rəsmi olaraq qeydiyyatdan keçirməyə cəhd edib. Söhbət 3450 kv.m. ərazidən gedir. Bu ərazi 2004-cü ilin aprelində onun ofşoru “Meldere commertional Limited” tərəfindən subarenda şərtlərinə əsasən icarəyə götürülüb.

Bu o vaxt baş verdi ki, Ümumrusiya Sərgi Mərkəzinin direktoru, Moskvanın eks-meri Yuri Lujkovla dostluq münasibətlərində olan sabiq senator Ramazan Abdulatipovun kürəkəni dağıstanlı Maqomed Musayev idi.

Ərazi ikiqat qarovul zonasında yerləşir: bunlardan biri Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi – “ВДНХ”-da yerləşən mədəni irs obyektlərinə daxildir. Mədəni irsi qoruyanlar tezliklə Yaqubovun qəsrinin sökülməsini gözləyirlər. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi – “ВДНХ”-nın baş direktoru Vladimir Poqrebenko artıq qəsrin sökülməsilə bağlı bəyanat da verib. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi – “ВДНХ”-nın Administrasiyası qəsrin sahiblərinə ondan nə cür istifadə olunacağı haqda məlumat vermək niyyətindədir.

Maraqlıdır ki, qəsr  memar L.İ.Marinovskinin layihəsi əsasında tikilən keçmiş «Чайная №2» binasına birləşir ki, bu da mədəni irs abidəsi olaraq tanınır. 982,3 kv.м əraziyə malik bu bina “Космос” və «Главмясо» pavilyonlarının yaxınlığındadır. 1956-cı ildə burada “Astoriya” restoranı fəaliyyət göstərib. Bu restoranda ədəbiyyatçılar, şairlər istirahət etməyi sevirdilər. Kiprun “Qandliya Limited” ofşoru da Yaqub Yaqubova məxsusdur. O, «Елисеевский» qastronomunun və dünyanın tanınmış küçələrindən biri olan Tverskidəki binaların sahibi kimi məşhurdur. 2000-ci ildə “Qandliya” bu binanı özəlləşdirib. 2005-ci ilin dekabrında “Qandliya” qəsrin altında olan 1947 kv.m. ərazini 2019-cu ilin dekabr ayınadək icarə müqaviləsi əsasında qeydiyyatdan keçirib.

Tərəflər razılığa gəliblər ki, bina ekspluatasiya olunacaq və sərgi fəaliyyətini davam etdirəcək. Lakin bu gün bina tam olaraq icarəyə verilib və orada heç bir sərgi fəaliyyət göstərmir.

2012-ci ildə “Qandliya Limited”  keçmiş «Чайной №2»-yə məxsus sahəni bütünlüklə icarəyə götürmək istəsə də, cəhdi boşa çıxıb. Buna baxmayaraq, «Чайная №2»  hazırda satışa çıxarılıb. Blackwood-un icraçı tərəfdaşı К.Коvalyov da bunu təsdiq edir: «Bina çox pis vəziyyətdədir, onu yenidən qurmaq üçün külli miqdarda vəsait lazımdır. Hazırda onun hər kv.m. üçün tələb olunan 5000 dollar ən yüksək qiymətdir».

Xaricdə yaşayan Yaqubovla və onun “Melniçukun hüquq firması”ndan olan vəkili ilə əlaqə saxlamaq mümkün olmayıb.

XuralTAC

qesr

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button