Azərin “xalq artisti” oldu

azərinAzərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
AzərTAc-ın məlumatına görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilib:
“Xalq artisti”
Tağıyeva Anaxanım (Azərin) Ehtibar qızı – baş leytenant
“Əməkdar mədəniyyət işçisi”
İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı
“Əməkdar müəllim”
Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu
“Əməkdar həkim”
Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button