Azad Rəhimov: “İstefa verməyə hazıram…”

azad rehimov“Gənclər və İdman Nazirliyinin büdcəsi 10 milyon avro təşkil edir. Bura idman yarışlarınn keçirilməsilə yanaşı, məşqlərin aparılması və idman avadanlıqlarının alınması da daxildir. Əgər dünyaca məşhur auditor təşkilatı həmin vəsaitdən 1 dollar kənara xərcləndiyini müəyyənləşdirərsə, mən istefa verməyə hazıram”.

xural.com xəbər verir ki,  bunu bu gün Prezident Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov Avropa oyunlarına çəkilən xərclərdən danışarkən deyib.

Nazirin sözlərinə görə artıq ilk yoxlama aparılıb: “Oyunların büdcəsi 960 milyon manat təşkil edirdi, sonradan digər məsrəflər də daxil edildikdən sonra 1 milyard 34 milyon manat vəsait xərcləndi. Başqa ölkələrdə də buna bənzər tədbirlər keçirilən zaman xərclər 30 faizədək artır. 31 faizə qədər manatın devalivasiyası baş verdi. Həqiqətən də biz əlavə vəsaitlər istədik “

A. Rəhimov onu da deyib ki, əcnəbi mütəxəssislərə yüksək maaşlar ödənilir. “Qalan vəsaitlər isə reklama, idman obyektlərinə və olimpiya standartlarına cavab verən informasiya texnologiyalarına xərclənib. Büdcə açıqdır. Biz onu istənilən təşkilata göstərə bilərik” -deyə nazir qeyd edib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button