Azadlığımızın ƏVƏZİ

Razi Abbasbəyli

Bu ölkədə qaydalar doğurdan da onları pozmaq üçün mövcud imiş…

Əvəz Zeynallının çox sözü yadımda qalıb. Xüsusilə də bu son bir ayda onun söhbətlərinə tamarzı qaldığımdan, dediyi hər sözü və əslində hər tezisini xatırlamağa məcburam. Aramızda olar, olmaz nə qədər şakalar var. Bu yazıma Əvəzin bir sözü ilə başlamaq istəyirəm: “Yaşamaq avtomobil idarə etmək kimi bir şeydir. İşıqforun qırmızı işığı yandısa, durmalısan. Gözləməlisən ki, sarı işıq yansın. Tələsməyəcəksən, sarı işığın sönməsini, yaşıl işığın yanmasını gözləyib hərəkətə başlayacaqsan. Həyat belədir”.
Əvəz Zeynallı belə nəsihət verir, hətta «Xural»ın yazılarında belə bu strategiyanın qorunmasını istəyirdi. Özü də bu prinsiplərə əməl edirdi. Amma özü də bilirdi ki, bu işıqforları, «yol hərəkəti qaydaları»nı tətbiq edənlər özləri ədalətsizdirlər. Nə etməliydik? Aylarla, illərlə bizlər bu qırmızı işığın sönməsini gözləməyə məhkumduq. Səs siqnallarından istifadə etmək olmazdı, hətta mühərriki belə işlək vəziyyətdə saxlamaq yasaqdı bu qaydalara görə…
Amma Əvəz Zeynallı qırmızı işığın sönməsini gözləmədi. Düşündü ki, hərəkətə başlayım, bəlkə işıq söndü. Amma qaydalar bu dəfə onları pozmaq üçün mövcud deyilmiş. Qaydalar, əslində, insanların haqlarının, hüquqlarının, yaşamalarının, nəfəs almalarının qadağan olunması üçün ədalətsizliklərdən ibarət imiş .
Bu gün Azərbaycanda yazmağa görə, danışmağa görə, tənqidə görə adamları tutmurlar. Buna görə ölüm hökmü asta-asta idarə edilir. Bu sadalananlara cəhd etdiyinə görə isə insanları həbs edirlər.
Açıq yazmaq istərdim ki, «Xural» qəzetinin nəşrini bərpa etməsinə qədər çox ağır bir həyat yaşadım. Sükut, ətrafdakı rabitənin kəsilməsi, hər səhər vərdiş etdiyimiz ənənəvi ünsiyyətlər kəsildi. Amma artıq bərpa olunmasından məmnunam. Ən azından bunun üçün əlimdən gələni edirəm ki, bu rabitə daha çox AZADLIĞIMIZın əldə edilməsinə qədər davamlı olsun.
Buna nail olmaq üçün hər səhər yenə də fərqli məkana gəlsəm də, gəlmək məcburiyyətində olsam da, məmnunam.
Azərbaycan bizim vətənimizdir. Ünvanlar şərti olduğundan, məkanlar nisbi xarakter daşıdığından «Xural»ın harada və necə yerləşməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir.
Bütün hallarda çalışırıq ki, ənənələrimizə sadiq qalaq…
Hə, bir də ən əsas məqama diqqət çəkmək istərdim. Bizim kollektivin daxilində müxtəlif formada düşünən insanlar var. Mənim indiki iqtidarla münasibətdə müxalif mövqedə dayanmaq baxışlarım fərqlidir. Kollektivdə olan dostların da mövqelərində ciddi fərqlər var. Amma Əvəz Zeynallı bütün bu fərqli düşüncələrin, maraqların, mövqelərin fövqündə dayana bilirdi.
O, bizim hər birmizi dinləyirdi. Ona görə də cəmi bircə ay nəşr edilən gündəlik «Xural» ölkədə yeri yerindən oynada bilmişdi. Bu gün ölkədə bir neçə ünvan var ki, orada müxtəlif düşünən insanlar bir arada işləyə bilirlər. Onların da uğurları göz qabağındadır.
İndi Əvəz Zeynallı, azadlığının məhdudlaşdırılması baxımından bizim sevgili vətənimizin daxilində nisbi bir ünvandadır. Onunla yaşadıqlarım, onunla etdiklərim hələ mənə illər uzunu enerji verəcək. İllərlə sadəcə bu ad və soyad – «Əvəz Zeynallı sağ olsun» deyib, işləməkdən yorulmam.
Mən deyirəm ki, gəlin, dövlət başçısına müraciət edək ki, Əvəz Zeynallının 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə qədər azadlığa çıxmasına, ailəsinin, bizlərin yanına dönməsinə yardımçı olsun. Kimsə razılaşmırsa da, hətta hamı, Əvəz Zeynallı belə razılaşmırsa da, bu yazını redaktə etmədən dərc edər.
Əmin olun ki, bu qəzetdə kimsə bir səhifədə tənqid edilə, başqa bir müəllif yazısında təriflənə bilərdi. Bunun üçün ölkədə yalnız bir qəzetdə, «Xural»da heç bir məhdudiyyət yoxdur.
Bu məhdudiyyətlərin bütün Azərbaycan üçün olmaması üçün çalışdıq. Əvəz Zeynallının da istədiyi bu idi. Bunu istəməyənlərsə onu şərlədilər. Birilərinin nəyinə lazımdı bu azadlıqlar? – seçki adlı təyinetmə qaydasında illərdir dəbdəbə, sərvət içində yaşamaqdadırlar…
Birilərinin nəyinə lazımdır insanlara şər atmamaq…
Birilərinin nəyinə lazımdır belə AZADLIQ!
Amma onlar sadəcə biriləridir… Bir milyonların istədikləri isə Əvəz Zeynallının istədikləridir…

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button