“Azadlıq” qəzeti nəşriyyata olan borclarını ödəyə bilmir

neshriyyat02.07.2013

“Azadlıq” qəzeti “Azərbaycan” nəşriyyatına olan borcunun ən azı yarısını ödəməlidir”. Nəşriyyatın direktor müavini Bəsti İsmayılova iyulun 2-də “Media forum” saytına açıqlamasında belə deyib.

Bəsti İsmayılova borc məsələsində qəzetə dəfələrlə güzəştə getdiklərini vurğulayıb: “Axı bizim də maliyyə problemlərimiz var, biz də əməkdaşlarımızın maaşlarını verə bilmirik. Yarım ildir ki, “Azadlıq”a güzəştə gedirik. Dəfələrlə həm yazılı, həm də şifahi müraciət etmişik ki, məsələ razılaşma yolu ilə həll oluna bilər. Qəzet rəhbərliyi müəyyən müddət ərzində ödəniş olunacağını bildirib, amma bu vədi yerinə yetirməyib. Heç bu dəfə də məsələ çox sərt qoyulmayıb. Bu, sadəcə xəbərdarlıqdır. Yoldaşlıq naminə bir-birimizə güzəştə gedib razılaşa bilərik”.

“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə borcunu ödəmək üçün iyulun 8-dək vaxt verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button