“Azadlıq Salnaməsi”ndə Haci Tahir danışır (I hissə): “Milli Azadlıq Hərəkatını ləkələmək istəyirdilər”

Milli Qurtuluş Hərəkatı yarananda Hacı Tahirin 23 yaşı olub və elə o zamandan da bu hərəkata qoşulub…

“Azadlıq Salnaməsi”ndə Hası Tahir Abbaszadədir. Onu Milli Azadlıq Hərəkatı dövründə Seyid Tahir Qarabaği kimi də tanıyırdılar. Onunla 20 yanvar hadisələri öncəsi və sonrasından danışdıq. Hacı Tahir hələ gənclik yaşlarından Gəncədə təqiblərə məruz qalıb və zamanın DTK-nın cəngindən qurtarmaq üçün atası tərəfindən əvvəlcə hərbi xidmətə, hərbi xidmətdən sonra da Bakıya göndərilib. Gənclik illərindən həm dini, həm də milliyyətçi çıxışları onun izlənilməsinə səbəb olub.

Bakıda Nemət Pənahlı ilə bir otaqda qalıb. Fəhlə yataqxanasında. Nemətin öz yerini ona verdiyini və başqa yerdə yatdığını deyir. Amma milli hərəkata onu Nemət gətirməyib. Onu Milli Hərəkata gətirən adam Məhəmməd Hatəmi Tantəkindir.

Milli Qurtuluş Hərəkatı yarananda onun 23 yaşı olub və elə o zamandan da bu hərəkata qoşulub. Buna qədər isə Məhəmməd Hatəminin liderliyində yaranan Azərbaycan Xalq Hərəkatı Cəbhəsinə, sonra Qızılbaşlar hərəkatına qoşulub. Zaman beləcə öz işini görüb və Hacı Tahir Abbaszadə Məhəmməd Hatəminin liderliyində və cinahında Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olub. O qədər ki, 20 yanvardan sonra bir müddət keçsə də, onu həbs ediblər və məşhur Lefortovo zindanına aparıblar.

9 ay Lefortovo zindanında qalsa da, burada kimlərlə bir yerdə olduğunu bilməyib. Amma orada Etibar Məmmədovla, Rahim Qazıyevlə, Hatəmi Tantəkinlə, Xəlil Rza ilə birlikdə olublar və 9 aydan sonra da Vətənə qayıdaraq azadlığa qovuşublar.

Hacı Tahir “Azadlıq Salnaməsi”ndə tariximizin ən önəmli olaylarından biri haqqında bildiklərini, xatırladıqlarını danışır. Qoy tariximiz haqqında bütün önəmli şahidlər danışsın və qaranlıqda heç nə qalmasın…

Əvəz Zeynallı

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button