“Azadlıq Salnaməsi”ndə Rahim Qazıyev (I hissə): “Şuşa xəyanətin qurbanı oldu”-VİDEO

Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa…”

Şuşa ilə birlikdə çəkilir adı. Aradan keçən 25 il yetməyib. İndi də Şuşanın və torpaqların işğalı məsələsi gündəmə gələndə Rahim Qazıyevin də adı gündəmə gəlir. Yenə ittihamlar, yenə müxtəlif iddialar. Biz zaman-zaman keçmiş müdafiə naziri Rahim Qazıyevlə bu haqda danışmışıq. Onun ən müxtəlif və çətin suallara verdiyi cavabları Oxucularımıza çatdırmışıq. Hələ Rahim Qazıyev həbsdən təzə buraxılanda kifayət qədər böyük müsahibə götürüb təxminən 6 ay müddətinə yayınlamış və ictimaiyyətə təqdim etmişdik. O zaman yaxşı yadımdadır ki, deputat Fəzail Ağamalı etiraz etdi və Rahim Qazıyevin “Şuşa gedərsə başıma bir güllə vuracağam” dediyini iddia etdi. Fəzail Ağamalı şəxsən mənə dedi ki, Rahim Qazıyevin bu cümləni işlətdiyi kaset onun arxivlərində var və o kaseti ictimaiyyətə nümayiş etdirmək üçün onu “Xural”a təqdim edəcək. Aradan illər keçdi və Fəzail Ağamalı o kaseti bizə təqdim etmədi.

Zaman-zaman bu tip olaylarla qarşılaşdım. Rahim Qazıyevin “Şuşa gedərsə başıma bir güllə vuracağam” sözlərini harada dediyini sübut edən ciddi bir dəlilə isə rast gəlmədim. İndi bu söhbəti edərkən də o sualı verdim və cavabdan da göründü ki, Rahim Qazıyev elə bir şey deməyib. Artıq buna qəti əminlik hasil oldu məndə.

Rahim Qazıyevlə yenə Şuşadan və onun düşmənə təhvil verilmə səbəblərindən danışırıq. Bu dəfə də bildiklərini səmimi şəkildə bizimlə bölüşür sabiq müdafiə naziri. Amma yenə bir olay var. Çünki Şuşa özünümüdafiə batalyonunun sabiq komandirlərindən Möhtəşəm Məhərrəmovun onun haqqındakı ittihamları Rahim Qazıyevin cavab verməsinə səbəb oldu. Təbii ki, hazırda Rahim Qazıyevin 3 hissədən ibarət olan bu müsahibəsini yayınlayandan sonra Möhtəşəm Məhərrəmovla onun canlı bir debatını təşkil etmək düşüncəmiz də var. Əgər tərəflər razı olarlarsa…

Şuşanın verilməsi Rahim Qazıyevin müsahibəsi ilə bir daha və bir daha öz təsdiqini tapır. Özünübilməz dövlət adamları və ölkəni idarə edənlərin qəflət və dəlalət içində yatmaları, Şuşanın düşmən əlinə keçməsinə səbəb olub. Və onun ən yaxın şahidlərindən biri də Rahim Qazıyevin özüdür.

İndi Rahim Qazıyev Şuşadan danışır. Şuşanı qorumaq istəyən adam…

“Azadlıq Salnaməsi”nin növbəti 16-cı qonağı sabiq müdafiə naziri Rahim Qazıyevdir…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

I hissə

Rahim Qazıyev “Azadlıq Salnaməsi”nin I hissəsində nə dedi:

– 25 ildir işğal olunmuş torpaqların adı gələndə Rahim Qazıyevin adı gündəmə gəlir

– 25 ildir ancaq matəm tuturuq, yas günləri qeyd edirik

– 24 ildir hakim olan bir rejimin 11 ay nazir olmuş bir adamı bu qədər qaralamasının özü utanc gətirən bir şeydir

– Hakimiyyət Şuşanı da, Xocalını da mənim boynuma qoymaq istəyir

– Rahim Qazıyev anadan olmadan əvvəl cinayət etməklə məşğul imiş, xəbərimiz yox imiş

– Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa…

– Əli Ömərov parlamentdə mənə yaxınlaşdı ki, İsa Qəmbərin nə əcəb səninlə münasibətləri belə kəskindir, mənə deyir ki, elə et ki, Xocalı hadisəsində mənfi mənada Rahim Qazıyevin də adı düşsün…

– Azər Hüseynbalaya zəng etdim ki…

– Mən papağımı hər zaman başımda gəzdirmişəm, mən papağımı qarşısına qoyan kişilərdən deyiləm

– 24 ildir bu boyda analoqu olmayan ölkə niyə bir metr torpaq ala bilmir?

– Vlasov bir ordunu Hitlerə təhvil vermişdi…

– Xain, satqın dünya yaranandan var olub və olacaq

– Fəzail Ağamalı dediyini yerinə yetirmədi

– Mən bunu Hacı Əbdülə demişəmsə…

– Abbas Abbasov Daşkənddən zəng elədi və 4-cü Ordunun komandiri general Popovla birlikdə dedi ki, əgər sən gəlməsən, Qraçov deyir ki, mən heç bir sənədə imza atmayacam

– 19 may 1992-ci ildən 1 avqust 1994-cü ilə qədər Azərbaycanda yerləşən keçmiş sovet ordusunun hərbi hissələri Azərbaycanı tərk etməli idi

– Eldar Həsənovun yəqin ki, yadından çıxmayıb…

– Şerbak məni qucaqladı, dedi ki, cənab nazir, dünən siz Azərbaycan xalqını qaçılmaz qandan qurtardınız, amma ikinci şey pisdir ki, dünən siz gedəndən sonra gəlib 2.500 əsgəri şəhərə aparıblar. Elə bil başıma qaynar qazandan su tökdülər.

– Tofiq Yaqublu hazırlanan dəstənin içində idi

– Əsəbi şəkildə idim, idarə olunmurdum, əsəbi şəkildə gəldim…

– 11 ay mən nazir olmuşam, 24 il siz hakimiyyətdəsiniz, 1 metr torpaq almayıbsınız

– Şuşa ancaq xəyanətin nəticəsində getdi

– Şuşa xəyanətin qurbanı oldu

– İndi Ayaz Mütəllibovun çıxışlarına baxanda adam elə bilir ki, bu genidir

– Azərbaycan qadınları rus zabitləri ilə saxta nikaha girib evləri alırdılar

– Mən hara getdimsə, bəla mənimlə getdi

I hissənin sonu

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button