“Azadlıq Salnaməsi”ndə Rahim Qazıyev (III sonuncu hissə): “İlham Əliyevə müraciət edirəm…”-VİDEO

Rahim Qazıyev Ali Baş Komandana müraciət etdi: “Bu gün də müttəhimlər kürsüsündə oturmağa hazıram”

Rahim Qazıyev: “Mən o zaman ölməli idim, bu günə qədər qazanca qalmışam”

Şuşa ilə birlikdə çəkilir adı. Aradan keçən 25 il yetməyib. İndi də Şuşanın və torpaqların işğalı məsələsi gündəmə gələndə Rahim Qazıyevin də adı gündəmə gəlir. Yenə ittihamlar, yenə müxtəlif iddialar. Biz zaman-zaman keçmiş Müdafiə naziri Rahim Qazıyevlə bu haqda danışmışıq. Onun ən müxtəlif və çətin suallara verdiyi cavabları Oxucularımıza çatdırmışıq. Hələ Rahim Qazıyev həbsdən təzə buraxılanda kifayət qədər böyük müsahibə götürüb təxminən 6 ay müddətinə yayınlamış və ictimaiyyətə təqdim etmişdik. O zaman yaxşı yadımdadır ki, deputat Fəzail Ağamalı etiraz etdi və Rahim Qazıyevin “Şuşa gedərsə başıma bir güllə vuracağam” dediyini iddia etdi. Fəzail Ağamalı şəxsən mənə dedi ki, Rahim Qazıyevin bu cümləni işlətdiyi kaset onun arxivlərində var və o kaseti ictimaiyyətə nümayiş etdirmək üçün onu “Xural”a təqdim edəcək. Aradan illər keçdi və Fəzail Ağamalı o kaseti bizə təqdim etmədi.

Zaman-zaman bu tip olaylarla qarşılaşdım. Rahim Qazıyevin “Şuşa gedərsə başıma bir güllə vuracağam” sözlərini harada dediyini sübut edən ciddi bir dəlilə isə rast gəlmədim. İndi bu söhbəti edərkən də o sualı verdim və cavabdan da göründü ki, Rahim Qazıyev elə bir şey deməyib. Artıq buna qəti əminlik hasil oldu məndə.

Rahim Qazıyevlə yenə Şuşadan və onun düşmənə təhvil verilmə səbəblərindən danışırıq. Bu dəfə də bildiklərini səmimi şəkildə bizimlə bölüşür sabiq Müdafiə naziri. Amma yenə bir olay var. Çünki Şuşa özünümüdafiə batalyonunun sabiq komandirlərindən Möhtəşəm Məhərrəmovun onun haqqındakı ittihamları Rahim Qazıyevin cavab verməsinə səbəb oldu. Təbii ki, hazırda Rahim Qazıyevin 3 hissədən ibarət olan bu müsahibəsini yayınlayandan sonra Möhtəşəm Məhərrəmovla onun canlı bir debatını təşkil etmək düşüncəmiz də var. Əgər tərəflər razı olarlarsa…

Şuşanın verilməsi Rahim Qazıyevin müsahibəsi ilə bir daha və bir daha öz təsdiqini tapır. Özünübilməz dövlət adamları və ölkəni idarə edənlərin qəflət və dəlalət içində yatmaları, Şuşanın düşmən əlinə keçməsinə səbəb olub. Və onun ən yaxın şahidlərindən biri də Rahim Qazıyevin özüdür.

İndi Rahim Qazıyev Şuşadan danışır. Şuşanı qorumaq istəyən adam…

“Azadlıq Salnaməsi”nin növbəti 16-cı qonağı sabiq Müdafiə naziri Rahim Qazıyevdir…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

 

 

III sonuncu hissə

Rahim Qazıyev “Azadlıq Salnaməsi”nin III sonuncu hissəsində nə dedi:

 

– İndi gəlirəm xəyanətə… Bax, xəyanət buradadır… Niyə bu, araşdırılmayıb?

– Əsgərlərə yolları minalamamağı Elbrus Orucovla Elçin Məmmədov əmr edib

– Bəlkə mən demişəm ki, yolları minalamayın, niyə bizi üzləşdirmədilər?

– Mənim 11.000 səhifəlik, 51 cildlik cinayət materiallarımda cinayət də var, cinayətkar da, xəyanət də var, xəyanətkarlar da – hamısı var…

– Bir daha Ali Baş Komandana müraciət edirəm: Bu gün də müttəhimlər kürsüsündə oturmağa hazıram, yetər bu məsələyə aydınlığa qovuşdurulsun

– Xəyanət edənlər vəzifələrdədir

– Şahid ifadəsi: “Elbrus Orucov dedi ki, ermənilərin ratsiyasını tutmuşam. Onlar axşam saat 20.00-da güclü hücuma keçəcəklər. Gedin dincəlin…” Qardaş, bu, komandir sözü deyil…

– Şahid ifadəsi: “Elbrus Orucov dedi ki, siz burada qalıb avtomatla heç bir şey edə bilməyəcəksiniz. İstəyirsiniz mən də qalım, ancaq biz burada qalsaq da, qalmasaq da Şuşa gedib…” A kişi, bunu komandir briqada deyir!

– Bunlar niyə araşdırılmayıb? Sizə ancaq Rahim Qazıyevi tutmaq lazım idi?

– Elbrus Orucov 29 aprel 1992-ci ildə mənim kabinetimdə olduğunu deyir, amma bu, mümkün deyil, çünki 29 aprel 1992-ci ildə mən Gəncədə Qraçovla ordunun çıxarılması haqqında ilk müzakirələrə başlamışam

– Gəncə şəhər polis idarəsinin rəisi Eldar Həsənovun müşayiəti ilə Şəkiyə getmişik

– “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib: “Mən o vaxt Heydər Əliyevin aparatında işləyirdim. 29 aprel 1992-ci ildə Elbrus Orucov Heydər Əliyevin yanına gəlmişdi.”

– Nizami Bəhmənov aprelin 30-da Şuşadan çıxıb və bir də mayın 7-də qayıdıb Şuşaya

– Əlisahib Orucovun ifadəsindən: “8 may 1992-ci il, axşam saat 5-də Elbrus Orucov mənə zəng elədi ki, ermənini çıxarmışıq, erməni bura ayağını basa bilməz.”

– Əlisahib Orucovu məhkəməyə gətirmədilər ki, onları üzləşdirim

– Mənim dediyimə qulaq asan yoxdur. Hamı deyir ki, Rahim Şuşanı satıb

– Məhkəmə qaçqın və köçkünlərin iştirakı ilə təzədən getməlidir

– Bu Rahim Qazıyevi güllələyin, amma araşdırın ki, bu qədər silah-sursat ola-ola Şuşa niyə getdi?!

–  Bu ürək ki, partlamır, özüm-özümə məəttəl qalmışam

– Mən öldürülməli, ölməli idim, sadəcə Allahın möcüzəsi olaraq qalmışam

– Bu xəyanətlərin açılması üçün heç kim heç nə etməyib, heç kim əlini ağdan qaraya vurmayıb.

– İstintaq dövründə yerə-göyə sığmayan, bir şillədən qorxub onu Baş prokuror təyin edən prezidentin həbsinə qərar verən İxtiyar Şirinov, niyə bunu araşdırmamısan?

– Əsgərləri istirahətə göndərən bəlli, silahları yığanlar bəlli…

– Niyə Nizami Bəhmənov ölənə qədər icra başçısı oldu?

– Niyə Elman Məmmədov bu günə qədər icra başçısıdır, deputatdır?

– Mən o zaman ölməli idim, bu günə qədər qazanca qalmışam

– Mən ancaq bu Vətəni qorumaq üçün çalışmışam

– Mən hərbi xidmətdə olmamışam, Ustinovun necə sürücüsü ola bilərdim?

– Səhər döyüş başlasa, getməsəm, mənə haram olsun

 

 

Son

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button