“Azercell” Bakıda “Formula-1″ə mobil xidmət göstərməyə hazırdır – Şirkətin prezidenti

azercell_logo_231013

“Azercell” şirkəti 2015-ci ildə Azərbaycanda telekommunikasiyaların inkişafına 68 milyon manat investisiya yatırıb.

Bunu “Azercell”in prezidenti Vahid Mürsəliyev “The Business Year” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda şirkət Azərbaycanda və regionda ilk və iri LTE-şəbəkəsinə (4G) malikdir.

V. Mürsəliyev qeyd edib ki, “Azercell” Bakıda “Formula-1” Avropa Qran-prisinin keçirilməsi zamanı mobil xidmətlərini təqdim etməyə hazırdır.

O diqqətə çatdırıb ki, şirkətin əsas məqsədlərindən biri yüksək sürətli mobil internetə girişin genişləndirilməsidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button