Azercell-dənrominqdə olanlar üçün endirimli mobil internet

Azercell sloqanAbunəçilər Türkiyədə 1 MB internet üçün cəmi 55 qəpik ödəyəcəklər

Ölkənin mobil rabitə bazarının lideri Azercell Telekomrominqdə olan abunəçiləri üçün sərfəli yeniliklər və endirimlərini davam etdirir. Şikət bu dəfə mobil internet istifadəçilərini sevindirir.

Belə ki, yay mövsümu ilə əlaqədar Azercell-in Fakturalı xətt abunəçiləri rominq xidməti çərçivəsində Türkiyədə endirimli internetdən faydalana biləcəklər. İndi Fakturalı xətt abunəçiləriTürkiyədə olarkən 1 MB internet üçün cəmi 55 qəpik ödəyəcəklər.

 Məlumat üçün bildirək ki, Azercell bu günlərdə bütün Fakturasız xətt (SimSim) abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Şirkət mütəmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən  rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Şirkət, həm də, Avropanın 20 müxtəlif ölkəsinə səfər edənabunəçiləri üçün 10 manat ödəməklə bu ölkələrdə 15 dəqiqə danışıq imkanını yaratdı. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib.

Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.

Azercell rominq xidmətindən istifadə edən abunəçiləri üçün maraqlı yeniliklər təqdim etməkdə davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button